ABNA24 Xəbər Verir, Tehran meriyasının yanğınsöndürmə təşkilatının sözçüsü Cəlal Məleki bu gün səhər tezdən axtarış əməliyyatının davam etdiyini bildirib. Qeyd edib ki, yanğınsöndürənlərin səyləri ilə hadisə zamanı binanın içərisində olan şəxslərdən 20 nəfər xilas edilibdir.
Məleki yanğının söndürüldüyünü də qeyd edib.
Hadisə zamanı bədən xəsarəti alanlardan yeddisi ambulator şəkildə müalicə olunub. Daha yeddi nəfər isə xəstəxanya köçürülübdür.
Dünən axşamçağı beş mərtəbəli bir klinikanın mənfi bir mərtəbəsində oksigen balonunun partlaması və yanğın nəticəsində bu binanın bir hissəsi dağılıbdır.
342/