ABNA24 Xəbər Verir, ki, bunu İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməki Farmeks 2020 Dərman Preparatları Sərgisinin açılış mərasimində deyib. Onun sözlərinə görə, İran koronavirusa qarşı peyvəndin istehsalı sahəsində böyük addımlar atıb və hazırladığı vaksin hevanlar üzərində uğurla sınaqdan keçirilib və tezliklə bu vaksinin insanlar üzərində sınağına başlanılacaq.
“Əczaçılıq sənayesi və Qida və Dərman İdarəsindəki əməkdaşlarımın köməyilə ABŞ-ın zalımcasına sanksiyalarına baxmayaraq, daxili istehsalı gücləndirmək, daxili istehsalı zəiflədən dərmanların idxalatını dayandırmaq yolu ilə xarici valyutaya 20 faiz qənaət edərək, ötən ili elə başa vurduq ki, hətta bir xəstəmiz də belə dərmansız qalmadı”, -deyə Səid Nəməki əlavə edib.
Rəsminən sözlərinə görə, İran keçmişdə neft-kimya məhsullarını ucuz qiymətə ixrac edirdi və əvəzində dərmanların xammalını və əczaçılıq vasitələrini 50 hətta bəzi vaxtlarda 100 dəfə daha baha qiymətə idxal edirdi, Lakin bu ilin “istehsalda sıçrayış” ili olduğunu nəzərə alaraq, hazırda İran bir çox dərmanların xammalını yüksək keyfiyyətlə özü istehsal edir və yaxın gələcəkdə böyük bir dərman ixracatçısına çevriləcək.
Nəməki, həmçinin koronavirusun dünya üçün böyük bir fəlakət, eyni zamanda böyük bir dərs olduğuna toxunaraq, deyib: “Koronavirus insanlara birlikdə olmağın vacibliyini və yalnız birgə fəaliyyətlə ona qalib gəlməyin və peyvəndin hazırlanmasının mümkünlüyünü öyrətdi”.
İranın səhiyyə, müalicə və tibbi təhsil naziri İranlı mütəxəssislərin vaksinin hazırlanması üçün ötən dörd ayda fasiləsiaz çalışdıqlarını və çox yaxşı nəticələr əldə etdiklərini diqqətə çatdıraraq, deyib: “İranın hazırladığı vaksin heyvan üzərində uğurla sınaqdan keçirilib və yaxın gələcəkdə onun kliniki sınağına başlanılacaq”.
342/