ABNA24 Xəbər Verir, İraqın Təhlükəsizlik qüvvələrinin İnformasiya Mərkəzi bir bəyanat yayaraq, bu ölkə ordusunun Səudiyyə Ərəbistanının sərhəddi yaxınlığında bənzərsiz bir əməliyyat keçirərək, işidçilərin sığınacaqlarını məhv etdiyni və onlara aid silah-sursat və bombaları ələ keçirdiyini bildirib.
Bəyanatda deyilir; İraq ordusunun piyada briqadasının bir neçə bölməsi ehtiyat tədbirləri çərçivəsində Əl-Ənbar vilayətinin qərbində yerləşən Huran vadisində İŞİD-çilərin sığınacaqlarını məhv ediblər.
Əl-Məlumə xəbər portalının məlumatına görə, əməliyyat zamanı bir minalanmış avtomobil zərərsizləşdirilib, üç sığınacaq və onun daxilindəki hərbi silah-sursat ələ keçirilib.
Huran dərəsi 350 kilometr sahə ilə İraq və Ərəbistan sərhəddində yerləşir və ƏL-Anbar vilayətində İŞİD-in ən əsas sığınacaqlarındandır.
342/