Abna24 xəbər verir, İran İslam Respublikası ordusunun dəniz qüvvələri bu gün səhər uzaq mənzilli dəniz Kruz raketləri ilə su səthi üzrə döyüş təlim-məşqində 80 və 200 kilometrlik məsafələrdə nəzərdə tutulan hədəfləri məhv ediblər. Bu raketlərin mənzilləri artırılmaq qabiliyyətinə malikdir.
Həmçinin bu təlim-məşqdə uzaq və qısa mənzilli quru-dəniz və dəniz-dəniz tipli raketlər eyni vaxtda sahildən və İran İslam Respublikası ordusunun dəniz qüvvələri gəmilərinin göyərtələrindən uğurla atılıb və təyin olunmuş hədəfləri olduqca böyük dəqiqliklə hədəfə alıblar.
Bu təlim-məşqdə atılan raketlər ordunun dəniz qüvvələrinin həmkarlığı ilə İranın müdafiə nazirliyi tərəfindən işlənib hazırlanıbdır.
İran İslam Respublikası ordusunun baş komandanının kordinasiya müavini kontr-admiral Həbibullah Səyyari bu təlim-məşqin sonunda Kruz raketlərinin atışını önləyici və müdafiə qabiliyyətinin yüksəldilməsində ümidverici bir addım adlandırıb və belə deyib: İranlı gənc tədqiqatçılar və startap mərkəzləri zalımcasına sanksiyalara məhəl qoymadan təchizat asılılıqlarını kəsmək və özünəistinad üzrə aydın yolu davam etdirirlər.
Həmçinin İran İslam Respublikası ordusunun dəniz qüvvələrinin komandanı kontr-admiral Hoseyn Xanzadi su səthi üzrə döyüş təlim-məşqi və uzaq və qısa mənzilli raketlərin atışını uğurlu adlandırıb və belə söyləyib: İranlı gənclərin ciddi-cəhdi ilə bu yeni uğurun əldə olunması xalqa və quruluşa qarşı hər hansı təhdidlə mübarizə istiqamətində İran İslam Respublikasının qüdrətindən olaraq, silahlı qüvvələrdəki özünəinam əhval-ruhiyyəsini gücləndiribdir.
342/