Abna24 xəbər verir, Los-Anceles Tayms xəbər portalının məlumatına görə, bu İdarə cümə günü Los-Anceles şəhəri və onun çevrəsindəki bomjların sayının 66 min 433 nəfər olduğunu təxmin edib.
Los-Anceles şəhərinin Evsiz Xidmətlər Departamentinin bildirdiyinə görə, bu, Los-Anceles şəhərində evsizlərin sayında ardıcıl qeydə alınan ikinci ikirəqəmli artımıdır.
Los-Anceles şəhərinin Evsiz Xidmətlər Departamentinin icraçı direktoru Heidi Marston deyib: "Koronavirus pandemiyası səbəbindən yanvar ayından bəri və hətta may ayından işsiz qalan 600 min nəfər bu statistikaya daxil edilməyib".
Qaradərili sakinlər Los-Anceles əhalisinin 8 faizini təşkil edirlər. Lakin bütün evsiz insanların 34 faizi onlara aiddir.
342/