31 may 2020 - 10:39
Britaniyada daha 215 nəfər koronavirusdan ölüb

Britaniyada son sutka ərzində daha 215 nəfər koronavirusdan ölüb. Bununla da eyni səbəbdən ölənlərin sayı 38 376 nəfərə çatıb.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Eyni müddət ərzində daha 2445 nəfərin COVID-19 infeksiyasına yoluxduğu təsdiqlənib və virusa yoluxmuşların ümumi sayı 272 826 nəfər olub.