28 may 2020 - 06:52
Bayden Trampı axmaq adlandırdı

ABŞ-ın keçmiş vitse-prezidenti, hazırda prezidentliyə namizəd Cozef Bayden ABŞ Prezidenti Donald Trampı axmaq adlandırıb.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, o, bu fikirlərini CNN televiziyasına müsahibəsində söyləyib.

Bayden koronavirus pandemiyası fonunda Donald Trampın saxta cəsarət nümayiş etdirdiyini bildirib:

“O axmaqdır, tamamilə axmaq. Prezidentlər gərək idarə etsinlər, saxta cəsarət nümayiş etdirməsinlər. Bu, insanların həyatını əlindən alır”, – deyə o bildirib.