ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, “K1 LifeBot” adlı tibbi robot koronavirus pandemiyası dövründə müalicə kadrının ehtiyac duyduğuna görə, iranlı mütəxəssislərin bacarıqlarına söykənilməklə bir aydan az bir müddətdə dizayn və istehsal edilərək, Tehranda təqdim olunubdur.
Bu robot maneələri müəyyən edən sensora malik olan texnologiyadan istifadə etməklə digər sensorları əlavə etmək, qandakı oksigen səviyyəsini və bədənin hərarətini ölçmək qabiliyyətlərinə malikdir.
Həkim və xəstənin səsli və görüntülü əlaqəsi- stereoviziya, qida və dərmanın fərqli otaqlara daşınması bu robotun digər bacarıqlarındandır.
Həmçinin bu robot xüsusi qeyri-sabit sinilərdə titrəyişə qarşı səhfələrə, bir neçə digər robota nəzarət üzrə çoxcəhətli fəaliyyət imkanına malikdir.