ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilib.
Bildirilib ki, məhz bu səbəbdən Rusiyanın anlaşmanı pozması ilə bağlı uydurmalar “istehsal edilir”:
“Görünür, ABŞ və müttəfiqləri özlərinin törətdiyi ciddi pozuntulardan diqqət yayındırmaq üçün belə iddialar səsləndirir. Digər tərəfdən, belə açıqlamalar ABŞ-ın bəzi konqresmenlərinin və hərbi-siyasi elitasının müqaviləyə mənfi münasibəti də ola bilər”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin Açıq Səma Anlaşmasından çıxacağını açıqlayıb.