ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,bu məlumatı “Finanz.ru” saytı yayıb. Məlumata görə, yanvardan aprelə qədərki müddət ərzində ordunun maliyyələşməsi 4,3% və ya 35,4 milyard rubl artıb. Ümumilikdə ordu xərcləri ilk dörd ay ərzində 1,15 trilyon rubla yüksəlib.
Bununla bərabər nüvə-silah kompleksi üçün xərclər 23%, yeni silahların hazırlanması üçün xərclər isə 12,3% yüksəlib.