ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,bu barədə İranın xarici siyasət idarəsinin mətbuat xidməti bildirib.
Bundan başqa, İranın Xarici İşlər Nazirliyinin başçısı Məhəmməd Cavad Zərif də BMT baş katibi Antoniu Quttereşə məktub göndərib. Nazir vurğulayıb ki, "ABŞ beynəlxalq hüquqa, xüsusi halda gəmiçiliyin azadlığına hörmət etməlidir".
Xatırladaq ki, İran tankeri İran İslam Respublikası bayrağı altında Venesuelaya doğru hərəkət etməkdədir.
Amerikanın İran tankerlərini dayandırmağa cürət etməsi olduqca mümkünsüz görünür, zira İngiltərə bundan qabaq bu qumara əl atıb və onun nəticəsini aydın şəkildə görübdür.