ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Mahir Əliyev bu görüşdə İran ilə Naxçıvan arasında əlaqələrin asanlaşdırılmasında dəmiryolu nəqliyyatı və daşınmasının önəminə toxunub. O, Naxçıvan-Məşhəd sərnişin qatarının işə salınmasını İmam Rza(ə)-a xüsusi hörməti və təmayülü olan Naxçıvan sakinləri xüsusiyyət təşkil etməklə iki ölkə xalqlarına bir hədiyyə adlandırıb.
O sonra deyib: Hər cəhətdən Naxçıvan-Məşhəd sərnişin qatarının işə salınması üçün bütün lazımi zəmin və infrastrukturlar mövcuddur və əgər İran İslam Respublikası tərəfindən də hazırlıq mövcud olarsa, tez bir zamanda bu qatarı işə salmaq olar.
İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Seyyed Əhməd Hoseyni də deyibdir ki, bu sahədə əlindən gələni edəcəkdir.
Naxçıvan-Məşhəd sərnişin qatarı təqribən iki il bundan öncə işə salındı, lakin qısa müddətdən sonra naməlum səbəblərə görə, dayandırıldı.