5 may 2020 - 11:44
Borrel beynəlxalq atəşkəsə dəstək verib

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Yəmən, Liviya və Əfqanıstandakı gərginliklərə işarə edib və koronavirusla mübarizə üçün beynəlxalq atəşkəsə dəstək verib.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Cozep Borrel Frans-24 telekanalı ilə müsahibəsinin davamında deyib: ABŞ, Rusiya və Çin dünyada öz yerlərini möhkəmləndirmək və koronavirusla mübarizə sahəsində uğurlu bir ölkə görüntüsünü təqdim etmək niyyətindədirlər.

Borrel sonra deyib: Koronavirus böhranının beynəlxalq təsirlərinə əsasən, ölkələr birtərəfli tədbirlər görməyə son qoymalı və multilateralizmə söykənən həll yollarına üz tutmalıdırlar. BMT kimi beynəlxalq orqanlar zəiflədilmək yerinə, gücləndirilməlidirlər.

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi söyləyib: Multilateralizmi əvvəlkindən daha çox gücləndirməliyik, zira birtərəfli həll yolları daha çox zərərlər vururlar.

342/