ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Məcid Təxte Rəvançi öz tvitter səhifəsində Stokholm beynəlxalq sülh araşdırmaları institutunun dünya ölkələrinin hərbi büdcələrinin həcmi barədəki dünənki məlumatına toxunub və belə qeyd edib: Amerika 732 milyard dollar hərbi büdcə ilə bu sahədə pul xərcləyən ən böyük ölkədir. Bu rəqəm həmin ölkənin ümumi daxili istehsalının 3,4%-ni təşkil edir.
Təxte Rəvançi söyləyib: Səudiyyə Ərəbistanı bu ölkənin ümumi daxili istehsalının səkkiz faizini təşkil edən 61 milyard 900 milyon dollar hərbi büdcə ilə beşinci yerdə gedir.
İranın BMT-dəki daimi nümayəndəsi sonra bildirib ki, İran İslam Respublikası 12 milyard 600 milyon dollar və ölkənin ümumi daxili istehsalının 2,3%-i ilə 18-ci yerdə durur. O, deyib: Bu hesabla aydındır ki, hansı kəs regionda silah rəqabətinin irəlilədilməsinə bais olur.
Stokholm beynəlxalq sülh araşdırmaları institutunun dünya ölkələrinin 2019-cu ildəki hərbi büdcələrinin həcmi barədəki dünənki məlumatına görə, ABŞ, Çin, Hindistan, Rusiya və Ərəbistan birincidən beşinciyədək olan yerlərdə dururlar.
..............
340