ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün İranın səhiyyə naziri Səid Nəməkiyə yazdıqları məktubda ölkənin səhiyyə məcmuəsinin göstəridiyi səyi yüksək dəyərləndirib və bildiriblər ki, xalq könüllüləri və bəsic qüvvələrinin xidmətlərindən istifadə ölkənin bu pandemiyadan xilas olmasına böyük bir yardımdır.
Həzrət Ayətullahuluzma Xamenei həmçinin koronavirusla mübarizə səylərinin davam etdirilməsini vurğulayıb və Allah-Taaladan İranın iri müalicə məcmuəsi üçün sağlamlıq və qələbə diləyiblər.
............
340