28 mart 2020 - 07:25
Boris Conson koronavirusa yoluxdu

İngiltərənin baş nazirlik ofisi Boris Consonun COVID-19 analizinin pozitiv olduğunu təsdiqləyib.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İngiltərənin baş nazirlik ofisi bu gün bildirib ki, bu ölkənin baş naziri Boris Consonun COVID-19 analizi müsbət olub və o, COVID-19-dan yüngül əlamətlərə malikdir.

Conson öz şəxsi tvitter səhifəsində də yazıbdır ki, özünü karantinə alıb, amma video-konfrans vasitəsilə hökuməti idarə etməyi davam etdirəcək.

İngiltərə başçıları çərşənbə günü də bildirdilər ki, bu ölkənin vəliəhdi şahzadə Çarlz koronavirusa yoluxub.

İngiltərədə koronavirusa yoluxma göstəricisi günü-gündən artmaqdadır və indiyədək 578 nəfərin ölümü ilə nəticələnibdir.

............
340