ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Məhəmməd Cavad Zərif tvitter-də bildirib ki, hətta bir pandemiya belə, Mayk Pompeonun yalan danışmasına mane ola bilməz. O, yazıb: Pompeo nə qədər çalşsa da özünün militarizmi, iqtisadi terrorizmi, günahsızların qırğını, koronavirusa qarşı beynəlxalq mübarizəni əngəlləməni dana bilməz.
ABŞ-ın dövlət katibi beynəlxalq təşkilatlar və müxtəlif ölkələrin koronaivrusla mübarizədə İranla həmkarlıq vacibliyini vurğuladıqları halda, dünən bildirdi ki, Vaşinqtonun Tehrana qarşı maksimum təzyiqi davam edəcək.
Son həftələr koronavirus pandemiyasının ardınca beynəlxalq təşkilatlar və müxtəlif ölkələrin, o sıradan Rusiya, Türkiyə, Pakistan və Çinin bir çox rəsmiləri ABŞ-ın İrana qarşı birtərəfli və qanunsuz sanksiyalarının ləğv edilməsini istədilər.
Əsas əmtəə mallarına, hətta dərman və tibb ləvazimatlarına şamil olan Vaşinqtonun birtərəlfi və zalımcasına sanksiyaları koronaviruslu xəstələr xüsusiyyət təşkil etməklə İran xalqı üçün bir çox problemə bais olubdur.
Bununla belə, Donald Tramp hökumətinin rəsmiləri bu ölkənin İrana qarşı sanksiyalarının ləğvinə qarşı çıxırlar.
Amerika İrana qarşı sanksiyaların ləğv edilməsinə dair tələblərə rəğmən, ötən bir neçə gün ərzində bir neçə iranlı şəxsiyyət və şirkəti sanksiya edibdir.
............
340