29 fevral 2020 - 06:48
İran İdlibdəki mövcud gərgin atmosferin dərhal sakitləşdirilməsini vurğulayıb

İranın Xarici İşlər Nazirliyi Suriyanın İdlib vilayətindəki gərgin atmosferin idarə olunması və onun dərhal sakitləşdirilməsini zəruri adlandırıb. Vurğulayıb ki, İran yaxından və həssaslıqla İdlibdəki cari meydan olaylarını və regional nəticələri izləməkdədir.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İranın Xarici İşlər Nazirliyi bu gün İdlibdəki cari olaylara dair bəyanatında bildirib: İran Astana prosesi başçılarının öncəki qərarına əsasən, bu qənaətdədir ki, bu iclas həmin prosesin terrorizmlə mübarizə, mülkilərə hər cür ziyan vurmaqdan çəkinmə və ixtilafların siyasi həllinə dair qabaqkı razılaşmalarının davam etməsi istiqamətində təsirli addım atacaqdır.

Bəyanatda sonra deyilir: İran üçüncü tərəflərin Astana prosesinə xələl gətirmək üzrə hərəkətləri, həmçinin məsuliyyətsizcəsinə daima regionda gərginliyin yaranması ardınca olan və Suriyadakı iştirakında məqsədinin bu ölkənin neft mənbələrini qarət etmək olduğunu bildirən Amerikanın hərəkətlərini pisləyərək, Astana prosesindəki şərikləri ilə əlaqə saxlamaqda davam edir və mövcud iltihablı şəraitə son qoymaq üzrə səylərini davam etdirəcək.

............
340