ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Şurası Məclisinə 11-ci çağırış seçkiləri və Rəhbərlik Xobreqanı Məclisinə ara seçkilərinin Livan medialarında geniş inikası.
Livanlı analitiklər bu qənaətdədirlər ki, bu seçkilərin ən əsas mesajlarından biri, hazırkı dövrdə İran İslam Respublikasının qüdrətini elan etməkdir.
M.K- İnqilabın qələbəsindən 41 il keçəndən sonra İran İslam Respublikasında seçkilər İranda dini demokratiyanın qüdrətinin nişanəsidir. İran İslam Respublikası xalqın iştirakının bu valehedici nümayişi ilə bu gün qüdrətin zirvəsində durur.
Livan xalqı da iranlıların seçki məntəqələrindəki milyonluq iştirakından şadlıq ifadə edərək, onu dünya imperializminin fitnələrinin zərərsizləşdiricisi adlandırıb.
M.K- Xalq seçkilər, inqilab və İslam İnqilabının Böyük Rəhbəri ilə yanaşıdır. İran xalqı inqilabın kənarındadır ki, bu da region xalqlarına fəxarət gətirir.
Livanın virtual mühiti də İran xalqının seçkilərdəki geniş iştirakı barədəki təsvirlərlə doludur.
Livanlılar İran xalqının bu seçkilərdəki diqqətəlayiq iştirakını onun İslam İnqilabının amalları ilə bir daha beyət etməsi və müqavimət mehvərinin Seyyidduşuhədası- şəhid general-leytenant Hac Qasim Süleymaninin qanının intiqamının alınmasının davamı hesab edirlər.
..............
340