ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, General-mayor pasdar Hoseyn Səlami İranın Amerika hökumətinin İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasem Soleymaniyə qaşı terror hərəkətinə olan raket cavabına işarə və belə əlavə edib: Amerikaya güclü şapalaq vuruldu, amma sonuncu amerikalı hərbçi islami torpaqlardan çıxanadək böyük və yekun şapalaq davam edəcək və bu həqiqət yaxındadır.
İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın baş komandanı həmçinin bildirib: General Soleymani Aralıq dənizi bölgəsinin şərqində dayandı ki, İslama ziyan dəyməsin və islami torpaqlar bir daha işğal edilməsinlər. O, deyib: General Soleymaninin addımları hesabına, işğal olunmuş Fələstinin bütün nöqtələri fələstinlilərin atəşi altındadır.
General-mayor Səlami sonra deyib: General Soleymani İslam Dünyasını birləşdirdi və Amerikanın yeni Yaxın Şərq yaratmaq üzrə siyasətlərini məğlubiyyətə uğratdı.
...........
340