8 fevral 2020 - 09:20
Trampı təqibə verəcəyik

İranın xarici işlər naziri vurğulayıb ki, İran İslam Respublikası Trampı beynəlxalq məhkəmə orqanlarında dövlət terrorizmi və iqtisadi terrorizm ittihamı ilə təqibə verəcək.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Məhəmməd Cavad Zərif Əlməyadin telekanalı ilə müsahibədə vurğulayıb ki, ABŞ prezidenti general-leytenant Hac Qasem Soleymanini terror etməklə öz qüvvələrinin regiondakı iştirakına son qoydu.

İranın xarici işlər naziri amerikanlara xitabən deyib: Hərbi komandanı bu üsulla qorxaqcasına bir hərəkət ilə terror etməməli və onunla döyüş meydanında üzləşməli idiniz.

Zərif deyib: Donald Tramp əsrin sövdələşməsi-ni təqdim etməklə sübut etdi ki, onun ambisiyaları sionistlərin tarix boyu mövcud olmuş ambisiyalarından çoxdur. Bu, iki reallıqdır və məncə, şəhid Soleymaninin pak qanının təsirlərindəndir.. Elə buna görə deyilir ki, bəlkə də şəhid Soleymani regionda general Soleymanidən daha təsirlidir.

...........
340