4 fevral 2020 - 08:28
İran Səudiyyə rejiminin maneəçiliyi nəticəsində Ciddə iclasında iştirak edə bilməyib

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü, iranlı heyətin İslami Əməkdaşlıq Təşkilatının Ciddədə keçirilən fövqəladə iclasında iştirak etməməsinin Səudiyyə Ərəbistanının maneəçiliyindən mənşə aldığını bildirib.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İİR XİN sözçüsü seyid Abbas Musəvi bu gün özünün tvitter səhifəsində iranlı heyətin Ciddə iclasında iştirakına maneəçilik törətməsinə işarə edərək yazıb: Səudiyyəlilər ötən günün son saatlarında  iranlı heyətə viza açdıqlarını bildirdilər, beləliklə də İƏT-in bu gün səhər çağı keçirilən Ciddə iclasında iştirak qeyri-mümkün oldu.

Musəvi Səudiyyə dövlətinin Ciddə iclasında iştirak üçün iranlı heyətə qarşı maneəçilikləri barədə demişdi ki, İƏT baş katibinin İranı Ciddə iclasına dəvət etməsinə rəğmən Səudiyyə dövləti evsahibi olan dövlətin üzərinə düşən öhdəlikləri pozaraq İran İslam Respublikasının xarici işlər nazirinin müavini Hüseyn Cabiri Ənsarinin başçılığı ilə iranlı heyətə viza açmaqdan boyun qaçırıb.

Amerikan-sionist "əsrin sazişi" planının ABŞ prezidenti tərəfindən təqdimatından sonra Fələstin Muxtariyyətinin təklifi ilə, İslami Əməkdaşlıq Təşkilatının çağırışı əsasında bu təşkilata üzv ölkələrinin xrici işlər nazirləri səviyyəsində təşkilaıtn icra komitəsinin fövqəladə iclası bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilir.

...........
340