ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ-ın maliyyə nazirliyi İrana qarşı qanunsuz və düşmənçilik siyasətlərinin davamında cümə axşamı günü İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehinin adını sanksiyalar siyahısına daxil etdi.
İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi əlavə edib: Əli Əkbər Salehinin Amerika tərəfindən sanksiya edilməsi siyasi bir oyun olub, bu ölkənin zəifliyindən irəli gəlir və dəyərsizdir.
Kəmalvəndi deyib: Amerika nüvə anlaşmasından çıxmaq və əhdi pozmaqla heç bir vəchlə bir daha İranın öhdəliklərinin icrası haqda fikir bildirmək haqqına malik deyildir.
...........
340