Əhli Beyt (əleyhimus səlam) Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata görə, Əfqanıstanda Taliban ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin İraq, İran, Livan və Əfqanıstanda dinc əhaliyə qarşı həyata keçirilən əməliyyatlarına rəhbərlik etmiş zabiti Maykl D'Andreayanın mobil komanda mərkəzi olan ABŞ hərbi təyyarəsini vuraraq onlarla terrorçu zabiti məhv edib. Gəbərdilənlər arasında Maykl D'Andreanın da olduğu məlum olub.
Maykl D'Andrea kimidi? O, Yaxın Şərqi və İranı daha yaxşı tanımaq üçün üzdə İslamı qəbul etdiyi üçün ona "Ayətullah Maykl" ləqəbini vermişlər. Ameirka Mərkəzi Kəşfiyyat İdarəsinin sözdə "Terrorla mübarizə idarəsi"ndə rəhbər vəzifədə ən uzun müddət çalışan və bu terrorçu qruma sədirlik edən Maykl D`Andreanın adı İranda 2018-ci ildə iğtişaşların törədilməsi, Livanda Hizbullah təşkilatının liderlərindən İmad Muğniyəyə qarşı terrorun hazırlanması, Əfqanıstanda minlərlə dinc insanın ölümünə səbəb olan pilotsuz təyyarə əməliyyatlarının təşkili, İraqda son iğtişaşlarda 300-dən çox iğtişaşçı və təhlükəsizlik əməkdaşının qətli və son olaraq general Qasim Süleymaniyə qarşı terrorun hazırlanması və həyata keçirilməsində adı keçir.
Qeyd edək ki, Amerika tərəfi əvvəldə inkar etsə də artıq Northrop Grumman E-11A bombardmançı təyyarəsinin qəzaya uğradığını etiraf edib. ABŞ qüvvələrinin Əfqanıstandakı komandiri Sonni Leqqet bildirib ki, təyyarədə ümumilikdə 83 ABŞ hərbi casusu olub.
Maykı D'Areanın mobil hərbi qərargahı olan təyyarəni ABŞ-ın "Yaxın Şərq səmasındakı gözü də adlandırırdılar. Tramp "biz bütün Yaxın Şərq səmasına nəzarət edirik" dedikdə məhz həmin casus qərargahını nəzərdə tutub.
Mütəxəssislər qeyd edirlər ki, ABŞ-ın ən müasir hərbi kəşfiyyat təyyarəsi xüsusən gizlin müşahidə rejimində olanda demək olar ki, heç bir zaman radara düşmür. REB sistemi ilə təhciz olunub, özünü müdafiə və avtomatik olaraq hədəflərin hər birini ayrı-ayrılıqda onların istiqamətlərini təyin etmək qabiliyyətindədir. Güclü ultraşua dalğalar yaradır ki, bu da rəqibin HHM sistemlərini tamamilə "kor eləyir". 1 km radiusunda süni maqnit sahəsi yarada bilir və bunun nəticəsində yalançı hədəflər obrazı yaradaraq düşmənin hava hücumundan müdafiə sistemlərini çaşdırıcı siqnallarla azdırır. 10 000 metrdən istənilən obyektin həm yerdə həm də göydə tam görüntülərini yüksək səviyyədə çəkə bilir. Gecə çəkiliş aparmaq üçün ən müasir cihazlarla təmin olunub...
Amma əsas sual budur: "Belə bir son modern cihazlar ilə təsis olunan və 10 km hündürlükdə uçuş edən təyyarə doğurdanmı elektron sistemlərlə təchiz olunmayan Taliban qruplaşması tərəfindənmi vurulub?!




Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!