(ABNA24.com) İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant şəhid Qasem Soleymaninin qızı Zeynəb Soleymani Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullah ilə görüşüb.
Livan Hizbullahının baş katibi bu görüşdə general-leytenant şəhid Qasem Soleymani barəsində belə deyib: Allah-Taala Hac Qasem Soleymanini cihad və şəhadətə tərəf yönəltdi və onun həyatını ən gözəl aqibətlə başa vurdu.
Zeynəb Soleymani cümə axşamı günü də Beyrutun cənub ətrafında yerləşən Zahiyyə bölgəsində Livanın mədəniyyət cəmiyyəti və Hizbullahın "Qadınların işləri üzrə qruplar"ının general-leytenant şəhid Qasem Soleymani üçün keçirdikləri mərasimdə iştirak edərək, çıxış etdi.
General-leytenant şəhid Qasem Soleymaninin qızı bu mərasimdə belə söylədi: Düşmənlər istəmirlər ki, İslam gəncləri cəsur olsunlar, amma onlar heç vaxt öz nəhs məqsədlərinə çatmayacaqlar.
/129
28 yanvar 2020 - 07:01
Xəbər kodu: 1006085
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant şəhid Qasem Soleymaninin qızı Zeynəb Soleymani Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullah ilə görüşüb.