ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Omanın xarici işlər naziri Yusif Bin Ələvi bu gün İsveçrədə Davus iclasından qayıdarkən, Tehranda qısa dayanaraq İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb. Görüşdə iki tərəf bütün ölkələr üçün dənizçiliyin və enerji təhlükəsizliyinə təminat verilməsi barədə fikir mübadiləsi aparıblar.
İran və Omanın iki tərəfli və regional xüsusiylə Hormoz boğazı ilə əlaqədar əməkdaşlıqları Zərif ilə Bin Ələvinin görüşündə müzakirə edilən digər mövzulardan ibarət olub.
Bu son ay ərzində İran və Omanın XİN rəhbərlərinin 4-cü görüşü hesab olunur.
Omanın XİN başçısı ötən həftə çərşənbə axşamı günündə də Tehranda iranlı həmkarı ilə görüşmüşdü.
..........
340