Əhli Beyt (əleyhimus səlam) Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata görə, İran İslam Respublikasının Cenevrədəki sülhməramlı səfiri cənab İsmail Bəqai 2020-ci il üçün BMT-nin tərksilah konfransının ilk iclasında çıxış edib. O, çıxışında ABŞ-ın qorxaqcasına Marşal Şəhid Süleymani və yoldaşlarını terror etməsinə toxunub və bu terroru bölgədə sülh və təhlükəsizliyə vurulan qorxunc bir zərbə adlandıraraq deyib: "Amerika bu hərəkəti ilə bəşəriyyət sivlizasiyasının əsaslarını gülünc obyektinə çevirmiş və beynəlxalq insan haqqlarını kobud şəkildə pozmuşdur."
Cənab Bəqai İran İslam Respublikasının Amerika Birləşmiş Ştatlarının törətdiyi cinayətlər qarşısında atdığı bütün addımları beynəlxalq haqqlara uyğun olduğunu vurğulayıb. O, deyib: "Öz hüquqlarından müdafiə etmək İİR-ın haqqıdır. İran İslam Respublikası tam qətiyyətlə öz qanuni hakimiyyətini, ərazi bütövlüyünü müdafiə edəcəkdir."
İran İslam Respublikasının Cenevrədəki sülhməramlı səfiri vurğualyıb: "Zorakılıq, qarşıdurma, terror, sabitsizlik, xalqlar arasında təfriqə salmaq kimi bütün şər işlər bölgə ölkələrində Amerika Birləşmiş Ştatlarının hərbi qüvvələrinə bağlıdır. ABŞ İİR daxil olmaqla digər ölkələrə qarşı yürütdüyü davakar siyasətlərinin məsuliyyətini daşımalıdır."
Bəqai cənabları daha sonra bildirib: "Böyük hərbi məmurun müstəqil bir ölkənin dəvəti ilə o ölkəyə rəsmi səfər edərkən terror edilməsi beynəlxalq aləmdə sükütla qarşılandı. Bu sükut terror amillərini daha da kobudlaşdırıb, daha da belə bir cinayətləri törətməyə həvəsləndirir."
İran İslam Respublikasının sülhməramlı səfiri ABŞ səfirinin yalanlarına reaksiya verərək vurğulayıb: "Yalan danışmaq və damğalamaqla siz kökü yalan üzərində qurulmuş, etibarın itirmiş, digər ölkələrə qarşı quldur siyasətləri yürütməklə məşhur olan dövlətinizin hesiyyatını geri qayara bilməzsiniz..."
Çıxışının sonunda İran İslam Respublikasının Cenevrədəki sülhməramlı səfiri cənab İsmail Bəqai ABŞ səfirinə müraciət edərək deyib: "Siz İran xalqının qəhrəman oğlunu terror etdiniz. Amma özünüz də bilmədən Sərdar Süleymanini şəhadətə yetirməklə onun şəhadətini, İran xalqının könüllərində zülm və ədalətsizliyə qarşı müqavimət göstərmək üçün əbədi bir ilhamverici mənbəyə çevirdiniz."
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!