19 yanvar 2020 - 07:45
Ruhani Ayətullah Sistaniyə müraciət göndərib

İran İslam Respublikasının prezidenti, Ayətullah Sistaniyə müraciətdə onun uğurlu əməliyyat keçirməsi və sağlamlığının davam etməsinin bu böyük dini mərcəni sevənləri şad etdiyini bildirib.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Həsən Ruhani bu gün bu müraciətdə İraq şiələrinin böyük təqlid mərcəyi Ayətullah Sistani üçün günbəgün artan uğurlar, həmçinin Allah-Taaladan onun tez bir sağalmasını diləyib.

Qum şəhərində yerləşən böyük təqlid mərcələri Ayətullah Lotfollah Safi Qolpayeqani və Ayətullah Hoseyn Nuri Həmədani də ayrı-ayrı müraciətlərdə Allah-Taaladan Ayətullah Sistani üçün şəfa diləyiblər.

Ayətullah Seyyid Əli Sistani ayaq sınması səbəbindən iraqlı həkimlər tərəfindən əməliyyat olunub.

...........
340