ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bu ölkə gənclərindən yüzlərlə nəfər dünən Sur şəhərinin mərkəzində yerləşən “Livan” bankının binası qarşısına toplaşıb. Onlar hökumətə və maliyyə sistemi siyasətlərinə qarşı şüarlar verərək, investorların bank əmanətlərinin azad edilməsini tələb ediblər.
Livanın şimal və mərkəzi bölgələri, eləcə də Sayda şəhərinin əsas meydanlarında da oxşar aksiyalar keçirilib. Bəzi aksiyalarda etirazçılar polislə toqquşublar.
Ötən 48 saat ərzində Livanın paytaxtı Beyrutun qərbi və şimalındakı çaxnaşma və toqquşmalarda 55 etirazçı, həmçinin fotoqraflar və müxbirlərdən bir qrupu, eləcə də Livanın hərbi və polis qüvvələrindən onlarla nəfər yaralanıb, 65 nəfər də həbs olunubdur.
.........
340