ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İranın Amerikanın Qərbi Asiyadakı ən böyük və ən təchiz edilmiş hərbi bazalarından birinə hücumdan yeddi gün keçəndən və güclü senzuradan sorna bu gün Vaşinqton Post qəzeti nəhayət ki, bu əməliyyatın törətdiyi tələfat barədə məlumat yayıb. Qəzet bildirib ki, İranın Əynuləsəd bazasına hücumundan sonra iki amerikalı əsgər özünü pəncərədən çölə atıb və onlarla nəfər də yüngül bədən xəsarəti alıbdır.
Nəinki on altı illik fəaliyyət keçmişinə malik olan bir gənc amerikalı hərbçi, həm də Amerika ordusunun veteranları belə, İranın Əynuləsəd bazasına qarşı hücumu qədər böyük bir raket hücumunu xatırlamırlar.
...........
340