ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 2016-cı il Amerikada prezident seçkilərinin nəticələrinə Rusiyanın müdaxiləsi üzrə işin bəzi sənədləri göstərir ki, bədnam hərbi Blak Vater şirkətinin banisi Erik Prins Donald Trampın seçki qərargahına General Süleymanini terror etməyi təklif edibmiş.
Prins ABŞ-ın təhsil naziri Betsi Devosun qardaşıdır.
CNN bildirib: Erik Prins bu təklifi Trampın keçmiş strateqi olan Stiv Bannona təqdim etdiyi hesabatda verib.
Bu məlumata görə, Trampın o vaxtkı milli təhlükəsizlik müşaviri Maykl Flin eləcə də Amerikanın indiki prezidentinin oğullarından biri Prinsin təklifi ilə razılaşıblar.
...........
340