ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Livanın Əlməyadin telekanalının bu gün səhər tezdən verdiyi məlumata görə, Amerikanın Ərbil hava limanı yaxınlığındakı hərbi bazası da hədəfə alınıbdır.
İraq mediaları da bu gün səhər tezdən Amerikanın Ərbil hava limanı yaxınlığındakı hərbi bazasında bir neçə partlayışın baş verdiyini bildiriblər.
Bəzi qaynaqlar da bildiriblər ki, Ərbil hava limanının uçuşları dayandırılıbdır.
Əlməyadin telekanalı Amerikanın İraqda yerləşən hərbi bazalarına qarşı raket zərbələrində amerikalı hərbçilər arasında tələfatın baş verməsini təsdiq edibdir. Bu telekanal bildirib: İranın cavabından az sonra Bağdadda bir kəs Amerikanın ardıcıl rəsmi telefon zənglərinə cavab verməyibdir.
..........
340