8 yanvar 2020 - 09:13
Abadanda şəhid Əlmuhəndis ilə vida mərasimi keçiriib

Əlhəşduşşəbi-nin rəis müavini şəhid Əbu Məhdi Əlmuhəndisin cənazəsi İran xalqının geniş iştirakı ilə Abadanda müşayiət olunaraq yola salınıb.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran xalqından minlərlə nəfər bu gün Abadanda şəhid Əbu Məhdi Əlmuhəndisin cənazəsi ilə vida mərasimində "Amerikaya ölüm!" və "sionist rejimə ölüm!" şüarları, eləcə də general-letytenant şəhid Qasem Soleymanin və onun şəhid silahdaşlarının şəhadəti amillərindən intiqamın alınması fəryadını verib.

Abadan və Xürrəmşəhrin şəhidpərvər əhalisi və köçəri tayfalarının yola salma mərasimindən sonra şəhid Əbu Məhdi Əlmuhəndisin cənazəsi Şələmçə sərhəd keçidindən İraqın Bəsrə şəhərinə köçürülüb.

Bəsrə əhalisi də şəhid sərkərdə Əbu Məhdi Əlmuhəndisin cənazəsini qarşılama və müşayiət etmək üçün bu şəhərin küçələrində geniş surətdə iştriak edib.

Şəhid Əbu Məhdi Əlmuhəndisin cənazəsi Bəsrədə müşayiət olunduqdan sonra Nəcəfi-Əşrəfə köçürüləcək və "Vadi-us-Salaam" məqbərəsində dəfn olunacaq.

..........
340