Rza Pəhləvi

  • Foto Reportaj | Allah Günü, Şəhrivər ayının 17 -si Həzrət Məsumənin (s) hərəmində anılıb

    Foto Reportaj | Allah Günü, Şəhrivər ayının 17 -si Həzrət Məsumənin (s) hərəmində anılıb

    Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Şəhrivar ayının 17-si Yovmullah (Allah günü) şəhidlərinin anım mərasimi, Qumda, Həzrət Fatimeyi Məsumənin (s.ə) hərəmində, İmam Xomeyni (r.ə) adına Şəbistanda dindar və inqilabçı Qum xalqının şövqlü iştirakı ilə keçirilib. Mərasimdə İranın Cümə İmamlarının Siyasət Müəyyənetmə Şurasının sədri Höccətülislam Vəl-Müslimin Hacı Əli Əkbəri çıxış edib. Qeyd edək ki, Allah Günü 17 Şəhrivər, 1978-ci il sentyabrın 8-də (Hicri Şəmsi təqvimi ilə 1357-ci il, Şəhrivər ayının 17-də) Tehranın Jalə meydanında, Şiə Ruhanilərinin təhriki ilə mitinq keçirən on minlərlə İranlının, Rza Pəhləvi şah rejimi tərəfindən avtomat silahlarla güllə baran edilərək, 100-ə yaxın dinc etirazçının şəhid olduğu və 200-dən çox insanın yaralandığı hadisəyə verilən addır.