Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Hələb Azad Oldu...
Suriya Ərəb Ordusu 4 il xarici (ABŞ, Qərb, sionist rejim, Türkiyə, Səudiyyə, Qətər, Qafqaz, Azərbaycan və s.) ölkələrdən gətizdirilən terrorçu qüvvələrin əlində əsir düşmüş məzlum vətəndaşlarını xilas etdi.
Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Hələb rayonundan olan məzlum bir qadın Hələbin kimlər tərəfindən dağıdılmasını dedi: “İnşaAllah Hələb geri qayıdacaq. Hələb bizimdir, bizə zülm edən itlərin deyil... Yabançıların deyil. Dollar əhlinin deyil. Ağı-qarası bircə oğlumu döyüşçü olsun deyə gəlib məndən aldılar... Onlar dollara ibadət edirlər. Gözümüz qarşısında toyuq başı kəsən kimi adamın başını kəsdilər.”
Məlumatımıza görə, aparılan uğurlu əməliyyatlar nəticəsində Hələb şəhərinin böyük hissəsi artıq azad edilərək Suriya Ordusu və Müttəfiq Qüvvələrin nəzarəti altındadır.