Azərbaycanın NATO ilə əməkdaşlığının böyük tarixə malik olduğunu vurğulayan İlham Əliyev tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə, xüsusi ilə enerji və Əfqanıstan ilə bağlı əməkdaşlıq sahəsində bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Həsən Ruhani: “Biz iki ölkə xalqlarının mədəni əlaqələrinin inkişaf etdirilməsi üçün gediş-gəlişin daha da yaxşılaşdırılması istiqamətində lazımi addımlar atılması barədə razılığa gəldik. Eyni zamanda hər iki ölkənin İslam və məzhəbə baxışları eynidir və İslamın vasitə kimi ekstremist hərəkətlərdə istifadə olunmasını region üçün təhlükə hesab edirik. Ona görə də regionda sabitliyin qorunması üçün mötədillik və terrorizmlə mübarizədən başqa yolumuz yoxdur”
Ümümdünya Müsəlmanlıarının Ali Dini Lideri Ayətullah Uzma Seyid Əli Xamenei həzrətləri ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həllinin tərəfdarı olduğunu bildirib.
Səfər Əbiyevin vəzifədən getməsinin səbəbləri sırasında daha çox əsgər ölümlərinin artması və bu fonda hakimiyyətə xalqın qəzəbinin böyüməsi göstərilir. “Əsgər ölümlərinə yox!” etirazları ölkədə ciddi siyasi çaxnaşma yaratdı və nazir öz postunu itirdi. Amma vəziyyət dəyişdimi? Əlbəttə, dəyişdi. Fəqət, yaxşılığa doğru deyil, pisləşməyə tərəf. Indi Silahlı Qüvvələrdə ölüm halları Səfər Əbiyevi hörmətlə anmağa imkan verəcək qədər artıb. Üstəlik, Silahlı Qüvvələrdə başlayan ciddi “qisas yoxlamaları” şəxsi heyətlə maraqlanmaq üçün zabitlərdə imkan və vaxt qoymur. Indiki nazir xoşu gəlməyən adamlara “köhnə nazirin adamları” deyib, məhv edir.