(ABNA24.com) İraq xalqı dünən Manamada anti-Fələstin iclasının keçirilməsinə etiraz olaraq, Bəhreynin Bağdaddakı səfirliyi önündə aksiya keçirib.
İraq xalqı könüllü surətdə keçirilən bu aksiyada şüarlar verərək, amerikan "əsrin sövdələşməsi" planı və Manama iclası ilə öz müxalifətini elan edibdir.
Bu könüllü aksiyada iştirak edənlərin bir qrupu da Bəhreyn səfirliyinin divarıi ilə yuxarı qalxaraq, Bəhreyn bayrağının yerinə, Fələstin bayrağını səfirliyin binası üzərində yerləşdiribdir.
İraqlı etirazçılar həmçinin sionist rejim, Bəhreyn və Amerikanın bayraqlarını, eləcə də ABŞ prezidenti Donald Trampın şəkillərini yandırıblar.
İraqın təhlükəsizlik qüvvələri az sonra Bəhreyn səfirliyinə gedən bütün yolları bağlayaraq, insanları dağıdıblar.
Belə bir halda, iraqlı mənbələr etirazçılardan 54 nəfərin həbs olunmasından xəbər veriblər.
/129
30 iyun 2019 - 03:40
Xəbər kodu: 955908

İraq xalqı dünən Manamada anti-Fələstin iclasının keçirilməsinə etiraz olaraq, Bəhreynin Bağdaddakı səfirliyi önündə aksiya keçirib.