7 noyabr 2017 - 16:27
ABŞ Konqresinin anti-müharibə nümayəndəsi Ərbəin Yürüşündə - Foto

Sintia Mek Kinni, Konqresdə Corciya ştatının nümayəndəsi olduğu dövürdə ABŞ-ın İraqa təcavüz etdiyinə işarə edərək deyib: “Həmin il mən Corc Buşun əleyhinə çıxış etdim. Lakin bu çıxışım mənə baha başa gəldi. Belə ki, əməkdaşlarım mənə qarşı hücuma keçərək məni ölkəmizə xəyanət etməkdə ittiham etdilər...”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Amerika Birləşmiş Ştatları Konqresinin anti-müharibə nümayəndəsi Ərbəin mərasimində iştirak etmək üçün İraqa səfər edərək müqəddəs Nəcəfi Əşrəf şəhərindən Kərbəla şəhərinə piyada yola düşüb.

Amerika konqresində 12 il nümayəndə olmağa nail olmuş xanım Sintia Mek Kinni hazırda Banqladeş universitetinin müəllimi işləyir. Özünün bildirdiyi kimi İraqa səfər etməsi çoxdankı arzusu olub.

O, Konqresdə Corciya ştatının nümayəndəsi olduğu dövürdə ABŞ-ın İraqa təcavüz etdiyinə işarə edərək deyib: “Həmin il mən Corc Buşun əleyhinə çıxış etdim. Lakin bu çıxışım mənə baha başa gəldi. Belə ki, əməkdaşlarım mənə qarşı hücuma keçərək məni ölkəmizə xəyanət etməkdə ittiham etdilər...”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır