Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA – Xəbər Agentliyi “tekadamdevrimi.com”-a istinadla
çərşənbə

29 mart 2017

01:57:18
820589

Böyük “Turan” və Azərbaycana Dəyən Zərbələr

Türklərin Azərbaycana qarşı düşmənçiliyi əbədidir, Atatürkün Leninə Azərbaycanla bağlı məktubu üzə çıxdı

Məktubda yazılmış təklifnamənin 2-ci maddəsində deyilir ki, “Bolşevik qüvvələri ingilis hərbi qüvvələrini çıxartmaq üzrə onlar əleyhinə hərəkata başlamasını təmin edərsə, Türkiyə hökuməti də imperialist erməni hökuməti üzərinə hərbi hərəkat icrasını və Azərbaycan hökumətini də bolşevik dövlətlər zümrəsinə daxil etməyi tahüd edər.”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Türkiyənin “TV NET” telekanalında türk araşdırmaçı və yazar Mustafa Armağan maraqlı bir faktı açıqlayıb. Belə ki, bu fakt zamanında Atatürk tərəfindən Leninə yazılmış məktubda öz əksini tapıb.

Atatürk imzalı Leninə yazılan bir məktubun 1964-cü ilə qədər bir çox kitablarda gizli saxlandığı və ya həmin maddədə yazılanların göstərilməyərək verildiyi bildirilib.

Həmin məktub Türkiyə Böyük Millət Məclisinin Moskva sovet hökumətinə “birinci təklifnaməsi” adı ilə tanınır.

Məktubda yazılmış təklifnamənin 2-ci maddəsində deyilir ki, “Bolşevik qüvvələri ingilis hərbi qüvvələrini çıxartmaq üzrə onlar əleyhinə hərəkata başlamasını təmin edərsə, Türkiyə hökuməti də imperialist erməni hökuməti üzərinə hərbi hərəkat icrasını və Azərbaycan hökumətini də bolşevik dövlətlər zümrəsinə daxil etməyi tahüd edər.”

Tarixçi məktubun sonrakı səhifələrini oxuyaraq bu cümləni qeyd edib: “5 milyon rubl qarşılığında Türkiyə öz əli ilə Azərbaycanı Sovetlərə satıb.”

Qeyd edək ki, Mustafa Armağanın açıqladığı fakt doğrudur və həmin sənəd Türk İnqilab Tarixi İnstitutu Arxivi 132/19543, sayfa 13-də yer almaqdadır. Bundan başqa Atatürk Araştırma Merkezi Başkanlığı, Atatürk’ün Tamim, Telgraf ve Beyannameleri, Türk Tarih Kurumu Basımevi, Ankara 1991, sayfa 318. mənbəsində də bu teleqraf mövcuddur.

Həmin teleqrafın orjinal mətni budur:

“LENİN'E MEKTUBU

1- Emperyalist Hükümetler aleyhine 26 Nisan 1920 harekatı ve bunların tahakküm ve esareti hakkında bulunan mazlum insanların kurtulması amacını güden Bolşevik Ruslarla işbirliği ve harekatı kabul ediyoruz.

2- Bolşevik kuvvetleri Gürcistan üzerine askeri harekat yapar veyahut takip edeceği siyaset ve göstereceği tesir ve nüfusla Gürcistan'ın da Bolşevik ittifakına dahil olmasını ve içlerindeki İngiliz kuvvetlerini çıkarmak üzere, bunlar aleyhine harekata başlamasını temin ederse Türkiye Hükümeti de emperyalist Ermeni Hükümeti üzerine askeri harekat icrasını ve Azerbaycan Hükümetini de Bolşevik devletler zümresine ithal etmeyi taahhüt eyler. (Yəni, Azərbaycan hökumətini də bolşevik dövlətlər qrupuna daxil etməyə söz verirəm).

3- Evvela, milli topraklarımızı işgal altında bulunduran emperyalist kuvvetleri tart ve ileride emperyalizm aleyhine vuku bulacak müşterek mücadelemiz için dahili kuvvetlerimizi organize ettirmek üzere şimdilik ilk taksit olarak beş milyon altının ve kararlaştırılacak miktarda cephane vesaire harp vesaiti ve sıhhiye malzemesinin ve yalnız doğuda harekat icra edecek kuvvetler için erzakın Rus Sovyet Cumhuriyetince temini rica olunur.

Yüksek hürmetlerimin ve samimi duygularımın kabulünü rica eylerim.

 T.B.M.M. Reisi Mustafa Kemal”

Qeyd etməliyik ki, Mustafa Kamal Atatürk təkcə Ənvər və Nuru Paşaların dəstəyi ilə qurulan cümhuriyyətin yıxılması ilə kifayətlənmədi. Mustafa Kamal Paşa vəfat edənə qədər Azərbaycan Demokratik Cümhuriyyətinin qurucuları, xüsusilə Məmməd Əmin Rəsulzadə Türkiyədə “arzuolunmaz şəxs” elan olunmuşdular.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır