Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA – Xəbər Agentliyi
bazar ertəsi

8 avqust 2016

13:11:46
770716

Yaxın Şərq Xəbərləri

Şeyx Abdullah əl-Dəqqaq: Tankları ilə üzərimizdən keçməlidirlər ki, Ayətullah İsa Qasimə toxuna bilsinlər!

Ayətullah İsa Qasimin evinin qarşısındakı xalqın son ana qədər mübarizə aparacağını bildirən Şeyx Abdullah əl-Dəqqaq, rejimi qərarını dəyişməyə çağırıb.

Əhli Beyt - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bəhreynin nüfuzlu İslam alimi Ayətullah İsa Qasimin İran İslam Respublikasındakı nümayəndəsi Höccətül İslam vəl Müslimin Şeyx Abdullah əl-Dəqqaq Ali Xəlifə vəhhabi rejiminin təzyiqləri barədə açıqlama verib.

O, bildirib ki, ölkəyə qeyriqanuni yollarla hakim kəsilmiş Xəlifə rejimi tankları ilə üzərimizdən keçməyənədək Ayətullah İsa Qasimə toxuna bilməzlər.

Ayətullah İsa Qasimin evinin qarşısındakı xalqın son ana qədər mübarizə aparacağını bildirən Şeyx Abdullah əl-Dəqqaq, rejimi qərarını dəyişməyə çağırıb.

Qeyd edək ki, bir müddət əvvəl Ayətullah İsa Qasim Bəhreyn vətəndaşlığından çıxarılıb. Bəhreyn xalqı isə bu günə qədər evinin qarşında keşik çəkərək Ayətullah İsa Qasimi müdafiə edir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.