Əhli-Beyt
(әleyhimus sәlam) – Xәbәr Agentliyi ABNA: İslam İnqilabının Ali Məqamlı Rəhbəri,
Olimpiya və Paralimpiya karvanlarının medalçıları və digər üzvləri ilə görüşündə,
İran idmançılarının bu yarışlarda iştirakının ən görkəmli nəticəsini, İran
xalqının bacarıqlarının parlaqlığı və “milli, siyasi və dini kimliyinin” təzahürü
kimi sıralayıblar.
Ali Məqamlı Rəhbər xalqın xoşbəxtlik, şərəf və qürur duyğusuna toxunaraq dedi:
“İstedadların vaxtında tapılması, qəhrəmanların yaşayışlarının qayğısına qalmaq və eyni zamanda çempionat idmanına və geniş ictimaiyyətə diqqət yetirmək, idmanın inkişafını davam etdirəcək və sürətləndirəcəkdi.”
İslam İnqilabının Rəhbəri iranlı idmançıların beynəlxalq yarışlarda milli və transmilli məsuliyyət hissini yüksək qiymətləndirərək dedi:
“Ayıq davranışınız, ölçülü hərəkətləriniz və hərəkətlərinizi idarə edən rasionallığınız, xalq və ölkəmiz qarşısındakı çox dəyərli, ikiqat məsuliyyət hissinizi göstərir.”
İmam Xamenei ölkənin ən əziz və qürurlu övladlarının bir qrupu ilə görüşməkdən böyük məmnunluğunu ifadə edərək bildiriblər:
“Siz medallarınızla, davranışlarınızla milləti sevindirdiniz. Sizə, məşqçilərə və əməyi keçən hər kəsə ürəkdən təşəkkür edirəm.”
Diqqәt: Xәbәrdәn İstifadә Etdikdә Mәnbәyә İstinad Lazımdır!