Əhli Beyt əleyhi səlam Xəbər Agentliyi ABNA: Yəmən ordusu Yunanıstanın neft daşıyan SOUNION gəmisini, yəhudilərin işğal etdikləri Fələstin torpaqlarındakı limanlarına girişi qadağan edən qanuna məhəl qoymadığı üçün Qırmızı dənizdə hücuma məruz qoyduğu anların görüntülərini yayımlayıb.
Videodan göründüyü kimi, sionist düşmənlə əməkdaşlıq edən şirkətə məxsus "SOUNION" neft gəmisi Qırmızı dənizdə batmaq üzrədir.
Yəmən ordusu işğal altındakı Fələstin limanlarına hərəkəti qadağan edən qanuna məhəl qoymamaq barədə bir daha xəbərdarlıq edib və bu qanunu pozan gəmi və şirkətlərin daha ağrılı zərbələrlə üzləşəcəyini bildirib.