Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi - ABNA: Mürtədd Fazil Mustafanın güllələnməsinin təşkilatçılığında təqsirləndirilən və məhkəmədə prokurorun ömürlük həbs cəzası istədiyi Şiə Ruhanisi Azər Səricanov yəhudi yönümlü əliyevlər rejiminin ədalətsiz məhkəməsində son çıxışını edib.
Telegram sosial mediasında fəaliyyət göstərən "Məhbus Məktubu" adlı platformanın verdiyi məlumata görə Şiə Ruhanisi Azər Səricanov yəhudi yönümlü əliyevlər rejiminin ədalətsiz məhkəməsində son çıxışını edərək bildirib:
"Bizim dinimizdə belə bir şey var ki, kişini meraca qaldıran qadındır. Bir kişinin şəxsiyyətinin formalaşması üçün hansı ətəkdə böyüməsi çox mühümdir. 85 yaşlı anam, mən DTX-da olanda telefonda danışanda mənə dedi ki, oğlum, Qiyamət Günü sən mənim üzümü xanım Zəhranın yanında ağ eləmisən. Bəli, mən belə bir ətəkdə böyümüşəm, mövqeyim də bəllidir - BURDAYAM! Azərbaycanın milli-mənəvi dəyərlərinin uğrunda ən ağır cəzanı almağa hazıram. Biz dəfələrlə Fazil Mustafanın məhkəməyə gəlməyini tələb etdik, amma o, gəlmədi. Ona suallarımız var idi, cavabsız qaldı. Azərbaycanın milli-mənəvi dəyərləri uğrunda canını qurban verməyə hər zaman oğulları olub, olacaq da. Mən bu yolda canımı qurban verməyə hazıram. Tale Bağırzadə bu yolda tutuldu. İnsanların gözünü qorxutmaq üçün 20 il həbs cəzası verildi. Qorxdularmı? Yox, qorxmadılar. Ondan bir-neçə il sonra Yunis Səfərov çıxdı meydana. Yunis Səfərova ömürlük verildi və bir neçə il sonra biz çıxdıq meydana. Bizdən sonra da bu meydan boş qalmayacaq. Azərbaycan xalqının qeyrətli övladları heç vaxt bu meydanı boş qoymayıb, qoymayacaq da! Fazil Mustafa şaxsey-vaxseyi deməyi lağa qoyur. 20 Yanvar faciəsi zamanı əzizlərini itirənlər meydana yığılıb “Ya Hüseyn!” dedilər, “şaxsey” dedilər. İllər sonra Xocalı soyqırımı oldu. İnsanlar yenə də bir yerə yığılıb “Ya Hüseyn!” deyib, “şaxsey” dedilər. Bu sevginin qarşısını almaq mümkün deyil. Siz yəqin ki, Türkiyədə baş verənlərdən xəbərdarsınız. Harun Yəhyanın - Adnan Oktarın verilişlərindən, qızları başına yığıb “islam təbliğatı” aparmağından və 100 ildən çox həbs cəzası almağından. Onu da deyim ki, Adnan Oktara masonlar ən yüksək massonluq dərəcəsini, medalını təqdim ediblər. O, mərasimdə Azərbaycandan kimlər iştirak edib, hökumət gedib maraqlansın. Yəqin ki, Fətullah Gülənin də Türkiyə dövətinə etmək istədiklərini eşitdiniz. Onlar Fazil Mustafanın və Elşad Mirinin ustadlarıdır... Amma Azərbaycanda bu adamlar cəzalandırılmadı. Fazil Mustafa ilə bağlı bizim hadisənin siyasi mötivli olduğunu, guya Fazil Mustafanın siyasi fəaliyyətinə görə ona qarşı bu addımı atdığımızı deyirlər. Amma belə deyil. Fazil Mustafa Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə dil uzatdığına görə, inancımızı və müqəddəslərimizi təhqir etdiyinə görə bu hadisə baş verdi. Fazil təkcə dinimizə deyil, Novruz bayramına da dil uzatdı. Əgər 1992-ci il olsaydı və gülələnmə hökmü qüvvədə olsaydı belə, yenə də güllələnməkdən, ölümdən qorxmayacaqdım, bu fikirimdən çəkinməyəcəkdim. Şərəfimə and olsun ki, yenə də bu işi edəcəkdim! Elşad Miri “İslamda yoxdur” adlı bir kitab yazıb. Bu kitabın nəşrinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi icazə verməyib. Kitabın giriş sözünü Fazil Mustafa yazıb. Fazil Mustafanın partiyasının ofisində bu kitabın təqdimatı keçirilib. Kitabda deyilir ki, Quran müqəddəs deyil, dini kəbin lazım deyil və s. müqəddəslər haqqında belə fikirlər deyilir. Bilirsiz, maraqlısı odur ki, Fazil Mustafanın vurulması xəbərinə ilk reaksiya verən İngiltərənin Azərbaycandakı səfirliyi oldu. İkinci reaksiya ABŞ-ın bir senatorundan gəldi. Çünki Fazil Mustafa Azərbaycanda sionizmə, massonluğa xidmət edir. Biz qızılbaşlarıq. Biz heç kimə imkan verməmişik, vermərik və canımız bahasına bu xalqın milli-mənəvi dəyərlərini hər zaman qorumuşuq, qoruyacağıq da! Biz Əlinin övladlarıyıq! Canımız sənə fəda ya Əli! Ləbbəykə ya Hüseyn!
Bakı Ağır Cinayətlər Məhkəməsi, 7 avqust 2024 -cü il.
Diqqət! Xəbərdən istifadə edildikdə mənbəyə istinad etməlisiniz.