Əhli-Beyt (əleyhimus salam) Xəbər Agentliyi - ABNA: Uşaq qatili sionist işğalçı rejiminin mediası çərşənbə axşamı səhər iddia edib ki, ABŞ işğalçı qüvvələrinin İraqdakı Ayn əl-Əsəd hərbi bazasına olunan raket hücumu nəticəsində 2 Amerika əsgəri həlak olub.
Bundan əvvəl isə Pentaqon bəyanat yayaraq, Ayn əl-Əsəd bazasına raket hücumu nəticəsində çoxlu sayda amerikalı əsgərin yaralandığını açıqlamışdı.
Pentaqon bəyanatında həmçinin əlavə edib:
"Xəsarət alan amerikalı əsgərlərin vəziyyəti ilə bağlı ətraflı məlumat hələlik mövcud deyil və hazırda dəyən ziyanı qiymətləndiririk (!).
Livanın Əl-Mayadin şəbəkəsi isə bazar ertəsi gecə radələrində yerli mənbələrə istinadən xəbər verib ki, Ayn əl-Əsəd bazasında üç partlayış səsi eşidilmişdir.
Qeyd edək ki, Ayn əl-Əsəd hərbi bazasının geoloji mövqeyini və bazanın məsahətinin ağılasığmaz vüsətini nəzərə alsaq, qeyd olunan üç partlayış lazımınca dağıdıcı təsirə malik olmalıdır ki, bazadan on km-lərlə uzaqda olanlar da partlayış səslərini eşidə bilsinlər.
Diqqət! Xəbərdən istifadə edildikdə mənbəyə istinad etməlisiniz.