İRNA -nın məlumatına görə, bir qrup belçikalı gənc İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullahül-üzma Xameneiyə ünvanladığı məktubda onun bir müddət əvvəl Amerika və Avropa universitetlərində Qəzzə xalqı ilə həmrəylik nümayişlərinə dəstək olaraq yazdığı məktuba görə səmimi təşəkkürünü bildirərib.
Məktubda deyilir: “Ədalətə və həqiqətin axtarışına çağırış mesajınız, həmçinin Fələstinin və dünyanın məzlumlarının ideyasına sarsılmaz sadiqliyiniz bizi dərindən təsirləndirdi. Qarşılıqlı anlaşma, ədalət və həmrəylik üçün yorulmaz səyləriniz üzləşdiyimiz mürəkkəb problemlərin həllində mühüm əhəmiyyət kəsb edir. Biz İslamla bağlı dərkimizi daha dərinləşdirməkdə qərarlıyıq”.
Məktubda vurğulanır ki, avropalı və amerikalı tələbələrin Fələstinə dəstək hərəkatı Qərb gənclərinin dünyada baş verən haqsızlıqlardan xəbərdar olduğunu göstərir: “Biz bu səmərəli dialoq mübadiləsini və konstruktiv əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyirik”, - deyə gənclər yazıblar.
Diqqət: Xəbərdən istifadə edildikdə mənbəyə istinad etmək lazımdır!