Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
şənbə

17 fevral 2024

16:30:00
1438484

Vilayəti: ABŞ, İngiltərə və sionistlər bölgənin gələcəyində mütləq şəkildə heç bir rol oynamayacaqlar

Vilayəti bildirib ki, Müqavimət Qüvvələrinin genişlənməsi sionistlərin və ABŞ-n bölgədəki ifratçılıqları ilə mübarizə üçün çoxlu imkanlar yaradır və bu qrupun bölgədəki məqsədi, sionist rejim və onların havadarları ilə mübarizə aparmaq, Avropanın Qərbi Asiya regionu üzərində hökmranlığına son qoymaq, Fələstin xalqını və digər məzlim xalqları müdafiə etməkdir.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Ümümdünya Müsəlmanlarının Ali liderinin müşaviri Əli Əkbər Vilayəti Əl-Cəzirə verdiyi şəbəkəsinə müsahibəsində regionda baş verən son hadisələri təhlil edib.

İmam Xamenei əzrətlərinin beynəlxalq məsələlər üzrə müşaviri bildirib ki, islami müqavimət qrupları coğrafi baxımdan həssas ərazilərdə, o cümlədən Bab əl-Məndəb kimi mühüm su yollarında və regionun digər mühüm nöqtələrində könüllü şəkildə mövcuddurlar. Və müqavimət qruplarının müntəzəm şəkildə bir-birini dəstəkləməsi gün-gündən artaraq, yenilməz mərhələyə çatıb.

Doktor Vilayəti daha sonra vurğulayıb: “Sionist rejimin son işğalı region xalqlarını və dünyanın müxtəlif ölkələrində olan digər azadlıq axtaran insanlarını Fələstin xalqı ilə inteqrasiya olmasına səbəb olub. Əl-Əqsa fırtınası Fələstin səhnəsində öz növünə görə unikaldır və keçmiş münaqişələrlə əhəmiyyətli fərqlərə malikdir. Fələstinli döyüşçülərin 4 aydan artıq müddətdən sonra sionistlərə qarşı durmasının növü və intensivliyi göstərir ki, bu mücahidlərin özünə inamı keçmişlə müqayisədə xeyli yüksəkdir.”

Yəmənin Fələstinə dəstək rolundan danışan doktor Vilayəti bildirib:

 “Yəmən Ənsarullahı düşmənlərə ağır zərbələr endirməklə Amerika, İngiltərə və sionist rejimini və onların regiondakı müttəfiqlərini məğlub etdi. Yəmənlilər indi Çinlə qarşıdurma iddiası ilə yaradılan Hind okeanı üzərində yeni Qərb və regional hökmranlıq koalisiyalarının yaranmasının əleyhinədirlər.”

Eyni zamanda doktor vilayəti əlavə edib:

“Əgər qərblilər regional ittifaq və hərbi mövcudluq (Agus, Guad və I2U2) yaradaraq Hind okeanında müharibə alovunu yarada bilsələr, təbii ki, dünyanın bu mühüm hissəsi onları qane etməyəcək və onlar iğtişaşları Sakit Okeana yayacaqlar.”

İslam İnqilabının Ali Rəhbərinin müşaviri daha sonra deyib:

“Yəmənin Qırmızı dəniz və Ərəbistan dənizindəki əməliyyatları sionist rejimə qarşı təzyiqləri artırmaq məqsədi ilə Qəzzə zolağının blokadası götürülənə qədər davam edəcək və Qərbi Asiyada xarici qüvvələrin koalisiyasının yaradılmasının qarşısını alacaq.”

Doktor Vilayəti Əl-Əqsa tufanı əməliyyatının nəticələri və Amerikanın İraq, Suriya və Yəməndəki regional müqavimətə qarşı zərbələri ilə bağlı suala cavab olaraq deyib:

 “Vurğulayıram ki, Yəməndən İraq və Livana qədər Fələstin və Suriyadakı İslami Müqavimət Qüvvələri qələbə və qürurla bütün çətinliklərin öhdəsindən gəlib.”

O əlavə edərək deyib:

“Amerikalılar Əfqanıstan və İraqda uğursuzluğa düçar oldular və bu ölkələrdən qaçdılar, indi isə Müqavimətə üzv olan ölkələr Qərbi Asiyada zülm və terrorla mübarizədə uğur qazandılar və bundan sonra, proqnozlaşdırılanlara görə, Qərbi Asiya regionunun gələcəyi mütləq şəkildə Amerika, İngiltərə və sionistlər üçbucağının xeyrinə olmayacaq.”

Vilayəti bildirib ki, Müqavimət Qüvvələrinin genişlənməsi sionistlərin və ABŞ-n bölgədəki ifratçılıqları ilə mübarizə üçün çoxlu imkanlar yaradır və bu qrupun bölgədəki məqsədi, sionist rejim və onların havadarları ilə mübarizə aparmaq, Avropanın Qərbi Asiya regionu üzərində hökmranlığına son qoymaq, Fələstin xalqını və digər məzlim xalqları müdafiə etməkdir.

Vilayəti sionist rejimin Suriyaya qarşı hərbi hücumlarının artmasının İran və Suriya əməkdaşlığına təsir edib-etməyəcəyi sualına cavabında deyib:

“İran İslam Respublikası ilə Suriya arasındakı əlaqələr dərin, strateji və tamdır. İran İslam Respublikası inqilabdan sonra ölkələr və müqavimət ünsürləri arasında qızıl halqa kimi Suriya ilə hərtərəfli və strateji əlaqələr qurub. İran İslam Respublikası ilə Suriya arasındakı əlaqələr tarixi keçmişi olan dərin və strateji əlaqələrdir. Müqavimət Cəbhəsinin mühüm ölkələrindən biri kimi Suriya regional bərabərliklərdə çox həlledici rol oynayır. Müqavimət cəbhəsi vəhdət və həmrəy olmaqla düşmənlərin fitnələrini və onların mənfur məqsədlərini zərərsizləşdirə bildi və çoxlu qələbələr qazandı və şübhəsiz ki, bundan sonra daha böyük uğurlara imza atacaqdır.”

İnqilab liderinin müşaviri Suriyada təxminən 12 il davam edən müharibənin keçmişinə toxunaraq deyib.

 “Şübhəsiz ki, Suriya bu gün sionistlərin və onların havadarlarının təcavüzünə qarşı müharibənin başlandığı illər ilə müqayisədə daha çox güc qazanıb.”

O, həmçinin Suriyanın beynəlxalq balansdakı rolunu həlledici adlandırıb.

ABŞ və İsrailin Suriya, Livan və İraqdakı müqavimət hərəkatlarının komandirlərinə qarşı həyata keçirdiyi sui-qəsdlər və Tehran ilə müttəfiqlərinin terror siyasətilə mübarizə strategiyasının necə olacağı sualına cavab olaraq, İnqilab Rəhbərinin müşaviri deyib:

“İran özü terrorun qurbanıdır və terrora qarşıdır. Amerika Qərbi Asiyada İŞİD və Latın Amerikasında başqa bir nümunə (Contra qrupunun yaradılması) kimi terror qruplaşmalarını formalaşdırmaq və dəstəkləməklə terroru dəstəkləməkdə liderdir olduğu kimi, sionist rejimini və bu rejimin Fələstin xalqına qarşı terror siyasətini dəstəkləməkdə də ittiham olunur.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!