Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

18 dekabr 2023

08:40:00
1421147

Pakistanlı Şiə Din Xadimlərinin baş nazirin açıqlamalarına reaksiyası: Biz İsraili heç vaxt tanımayacağıq!

“Amerika və İsrail imperializmi İbrahimi dinlər adlı məkirli bir plan hazırladı, Pakistan da bu planın bir hissəsi oynamağa çalışdı. Buna görə də Pakistanda İsrailin tanınması üçün səylər göstərilir.”

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Pakistanın müvəqqəti baş naziri Ənvər-ül-Haq Kakar cəncallı müsahibəsində Pakistanın mərhum banisi Məhəmməd Əli Cinnahın Pakistan İslam Dövlətinin Fələstinə qeyd-şərtsiz dəstəyi və İsrail rejiminin qeyri-qanuniliyi ilə bağlı fikirlərini tənqid edib və deyib:

 “Beynəlxalq ssenari dəyişib və Pakistanın qurucusunun fikrinə zidd qərar qəbul etmək istəyiriksə, bu “çirkin” deyil.”

Bu bəyanatlar Pakistanın siyasi və dini liderlərinin kəskin reaksiyası ilə müşayiət olunub və bəziləri bu cür sözləri Pakistan xalqının istəklərinə xəyanət və həssas Fələstin məsələsindən üz döndərmək kimi qiymətləndirir.

Bununla bağlı Pakistanın Şiə Üləma Şurasının rəhbəri Əllamə Seyid Sacid Əli Nəqvi bildirib: “Məhəmməd Əli Cinnahın Fələstinlə bağlı mövqeyi Pakistanın son siyasətidir və buna yalnız xalq layiqdir. Pakistan demokratik ölkədir və onun taleyi xalqın əlindədir. Kimsə durub həssas məsələləri ürəyi istədiyi kimi dəyişə bilməz.”

Pakistan Müsəlman Birliyi Şurasının mərkəzi katibi Höccətül İslam Maqsud Əli Duməki isə deyib: “Müvəqqəti baş nazir Ənvarul Haq Kakar, Amerikaya köləlikdə bütün məhdudiyyətləri aşaraq Pakistanın qurucusunun ideya və ideallarından kənara çıxıb. Müvəqqəti baş nazir öz hüdudlarında qalmalı və həddihüdudunu bilməlidir. Fələstin probleminin həlli Fələstinin fələstinlilərə qaytarılmasındadır. Fələstin torpaqlarının bir hissəsi belə qəsbkar və işğalçı sionistlərə məxsus deyil.”

Məqsud Duməki vurğulayıb:

“Müvəqqəti baş nazir Ənvarul Haq Kakar Pakistanın qurucusu Məhəmməd Əli Cinnahın fikir və ideyalarından yayınır. Onun sözləri Amerika və İsrailin razılığını qazanmaq və millətin atası və arifi Əllamə Məhəmməd İqbalın fikirlərindən uzaqlaşdırır. Bu sözlər vətənə, millətə, müsəlmanlara xəyanətdir.”

Pakistan Müsəlman Birliyi Şurasının sədr müavini Hüccətülislam Əhməd İqbal Rəzəvi isə deyib: “Xain və marionet baş nazir Ənvarul Haq Kakarın Fələstinlə bağlı açıqlamaları çox utanc verici və qınanılasıdır.”

O, vurğulayıb:

“Pakistanın qurucusu Məhəmməd Əli Cinnahın Fələstinlə bağlı mövqeyi sabit və prinsipialdır. Buna görə də müvəqqəti baş nazir bütün xalqdan üzr istəməlidir. Hökumət Fələstin məsələsində mövqeyini dəqiqləşdirməsə, insanlar baş nazirin evinə hücum çəkəcəkdir.”

Pakistan Müsəlman Birliyi Şurasının sədri Höccətül-İslam Raca Nasir Abbas Cəfəri isə deyib deyib:

“Pakistanın qurucusu Məhəmməd Əli Cinnahın qəsbkar İsrail dövləti ilə bağlı mövqeləri İslam dünyasının mövqeyi ilə dəstəklənib. Qəsbkar İsrailə qarşı çıxmaq və məzlum Fələstini dəstəkləmək həmişə Pakistanın açıq mövqeyi olub.”

Pakistan Ümməti Vahidənin sədri Höccətül İslam Məhəmməd Əmin Şahidi Pakistanın müvəqqəti baş naziri Ənvarul Haq Kakarın Fələstin əleyhinə bəyanatlarını pisləyib:

“Əzəmətli Rəhbər Muhammad Ali Cinnah Pakistanın qurucusudur, onun buyurduğu bəyanatları və qoyduğu yol günəşdən də artıq aydındır və Pakistanın 250 milyon əhalisi onu bəyənir və dəstəkləyir.”

Pakistan Ümməti Vahidənin sədri daha sonra deyib:

 “Amerika və İsrail imperializmi İbrahimi dinlər adlı məkirli bir plan hazırladı, Pakistan da bu planın bir hissəsi oynamağa çalışdı. Buna görə də Pakistanda İsrailin tanınması üçün səylər göstərilir.”

O əlavə edib:

“Ənvər Haq Kakar sübut etdi ki, dünya imperiyasının qulları arasında ən alçaq quldur.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!