Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

12 oktyabr 2023

11:40:00
1400334

Ayətullah Sistani: Bütün dünya İsrailin vəhşiliyinə qarşı çıxmalıdır

Ayətullah Sistani: “...İsrail su, yemək, dərman və digər həyati ehtiyacları əhatə edən boğucu bir mühasirə tətbiq etdi və ən çox əziyyəti o bölgənin heç bir gücü və müdafiəsi olmayan xalqına verdi, sanki onlardan qisas almaq istəyir və son münaqişələrdə böyük və ağır məğlubiyyətini kompensasiya edir...”

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA:  Ayətullah Sistani Qəzzə müharibəsinə toxunaraq, dünya ölkələrini sionist rejimin vəhşiliyinə etiraz ettməyə çağırıb.

Ayətullah Sistaninin mesajında ​​deyilir: “Bu günlərdə Qəzza zolağı insanlar üçün artıq təhlükəsiz deyil. Qəzzə, 6 mindən çox günahsız mülki şəxsin şəhid olması və yaralanmasına, çoxlu sayda insanın evlərindən köçməsinə, yaşayış məntəqələrinin geniş şəkildə dağıdılmasına və ərazilərin bombalanmasına səbəb olan davamlı bombardmanların və bənzərsiz hücumların şahididir.

İsrail su, yemək, dərman və digər həyati ehtiyacları əhatə edən boğucu bir mühasirə tətbiq etdi və ən çox əziyyəti o bölgənin heç bir gücü və müdafiəsi olmayan xalqına verdi, sanki onlardan qisas almaq istəyir və son münaqişələrdə böyük və ağır məğlubiyyətini kompensasiya edir.

Bu hərəkətləri bütün dünyanın gözü qarşısında baş verir və heç bir maneə və ya çəkindirici faktor yoxdur, əksinə bəiləri İsrailin bu cinayət əməllərini “özünümüdafiə bəhanəsi” ilə dəstəkləyirlər.

Bütün dünyadan xahiş olunur ki, bu mənfur vəhşiliyə qarşı dursun və işğalçı qüvvələrin məzlum Fələstin xalqına daha çox zərər vurmaq planlarının genişlənməsinin qarşısını alsın.

Bu nəcib xalqın qanuni hüquqlarına nail olmasının, torpaqlarının işğaldan və qəsbkarlardan azd edilməsinin, son yetmiş ildə davam edən faciələrinə son qoyulmasıla mümkündür və bu, regionda təhlükəsizliyin və əmin-amanlığın bərqərar olmasının yeganə yoludur. Əks təqdirdə, təcavüzkarlara qarşı müqavimət davam edəcək və zorakılıq dəsgahı daha çox günahsız insan canını alacaq.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!