Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

13 sentyabr 2023

09:30:00
1393372

Fransalı müsəlmanlar Paris rejiminin İslam əleyhinə addımlarından narahatdırlar

Fransanın Ali Məhkəməsi bu yaxınlarda dövlət məktəblərində İslami geyimə olan qadağasını təsdiqləyib və bu tədbirin ayrı-seçkilik və nifrətə səbəb olması ilə bağlı şikayətləri rədd edib.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Fransanın təhsil naziri bu yaxınlarda müsəlman tələbələrə Hicab geyinməyi qadağan etmək qərarına gəlib. Sözdə “azadlıq və demokratiya” rəmzi olan bu Avropa ölkəsi İslamofobiyanın uzun tarixə malik olmasının səbəbi kimi dünyəviçiliyi və sekulyarizimi  göstərir. Fransa anti-demokrat rejimi əvvəllər də İslama aid bir neçə geyimi qadağan etmişdir.

Fransanın ən yüksək məhkəməsi olaraq hökumət rəsmilərini məhkəməyə verən Dövlət Şurası keçən cümə axşamı elan edib ki,  bu qadağaya qarşı göstəriş tələbi rədd edildi.

Məhkəmənin hökmündən əvvəl müsəlmanları hökumət qarşısında təmsil etmək üçün yaradılmış Fransa Müsəlman Dini Şurası xəbərdarlıq edib:

  “Bu geyimlərin qadağan edilməsi ciddi ayrı-seçkilik riski yarada bilər.”

Bu qadağa müsəlman qadınların sərt reaksiyasına səbəb olub. Onlar deyirlər ki, bu qadağa, müsəlman qadınların cəmiyyətdən kənarlaşdırılıb təcrid olmasını daha da artırır.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!