Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

3 iyul 2023

11:06:00
1376812

Dinlər və Məzhəblər Universitetinin Şiəşünaslıq Fakültəsi və Ümüdünya Əhli-Beyt (ə) Assambleyasının səyi ilə;

Qumda “Qədir, İslam sivilizasiyası və mədəniyyəti müstəvisində” adlı konfrans keçiriləcək

Konfrans, cümə axşamı saat 8:00-dan 10:00-a qədər, Ayətullah Sübhaninin bəyanatının oxunuşu və Höccətül İslam Seyid Əbülhəsən Nəvvab, Doktor Məhəmməd Təqi Sübhani və Doktor Nəcəf Ləkzainin çıxışı ilə keçiriləcək.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, Şiəşünaslıq fakültəsinin təşkilatçılığı, İslam Elmləri və Mədəniyyəti Elmi-Tədqiqat İnstitutu və Ümumdünya Əhli-Beyt Assambleyasının iştirakı ilə “İslam tarixi və məzhəblərinə əsaslanaraq İslam sivilizasiyası və mədəniyyəti müstəvisində Qədir-xum Hadisəsi” adlı konfrans 06 İyul Cümə axşamı günü Dinlər və Məzhəblər Universitetində şəxsi və virtual-sanal olaraq reallaşdırılacaq.

Konfransın açılışı cümə axşamı saat 8:00-dan 10:00-a qədər Ayətullah Sübhaninin bəyanatının oxunuşu və Höccətül İslam Seyid Əbülhəsən Nəvvab, Doktor Məhəmməd Təqi Sobhani və Doktor Nəcəf Ləkzainin çıxışı ilə keçiriləcək.

Həmçinin, bu konfransın ixtisaslaşmış komissiyaları elmi əsər sahiblərinin iştirakı və təqdimatı ilə saat 10-dan 12-dək aşağıdakı üç istiqamət üzrə keçiriləcək:

1. Qədir-xum hadisəsinin İxtisaslaşdırılmış Tarix Komissiyası

2. Qədir-xum hadisəsinin Şiə məzhəbləri üzrə ixtisaslaşmış komissiyası

3. Sünni məzhəbləri üzrə Qədir-xum hadisəsinin ixtisaslaşmış komissiyası

Qeyd edək ki, konfransda iştirak edənlərə konfransda iştirak sertifikatı veriləcək və ixtisaslaşmış komissiyalar keçirildikdən sonra konfransın bağlanışı saat 13:30-dan 15-dək Dinlər və Məzhəblər Universitetinin nümayəndələrinin iştirakı ilə baş tutacaq. İslam Elmləri və Mədəniyyəti İnstitutu və Ümumdünya Əhli-Beyt (ə) Assambleyası isə, ən yaxşı əsərlərin sahiblərini mükafatlandıracaqlar.

 

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!